Gürcüstanın ən iri aviaşirkəti–“Gürcüstan Hava Yolları” (“Georgian Airways”) 150 milyon dollara satışa çıxarılıb.
“Sputnik Georgia”nın məlumatına görə, şirkətin keçmiş baş direktoru Roman Bokeriyanın rəhbərlik etdiyi “Georgian Business Brokerage” şirkətinin bəyanatında belə deyilir.
Bir müddət əvvəl “Georgian Airways”in müflisləşməsi və reabilitasiyası elan edilib. Məlum olub ki, şirkətin 16 min sərnişinə və onlarla başqa şirkətə 176 milyon lari borcu var. Tbilisi Şəhər Məhkəməsi Gürcüstan aviadaşıyıcısı üçün iflas/reabilitasiya prosedurunun başlanması barədə qərar qəbul edib.
İctimai reyestr səhifəsində dərc olunan məhkəmə qərarına əsasən, aviaşirkətin maliyyə böhranına koronavirus və sərhədlərin bağlanması səbəb olub.
Məhkəmə qərarında həmçinin deyilir ki, “Georgian Airways” rəhbərliyinin şirkətin sağlamlaşdırılması layihəsi var. Xüsusilə, şirkət gəlirli istiqamətlərə uçuşlarını davam etdirmək niyyətindədir ki, bu da onun fəaliyyətinə zəmanət verəcək.
Qeyd edək ki, Gürcüstan qanunlarına görə, xarici investor yerli aviaşirkətin 49%-dən çoxuna sahib ola bilməz.
“Airzena” 1993-cü ilin sentyabrında yaradılıb və 1999-cu ildə Gürcüstanın milli aviadaşıyıcısı statusu alıb. 2004-cü ilin avqustunda “Airzena”nın adı dəyişdirilərək “Georgian Airways” olub.
Bu gün “Georgian Airways” tamamilə özəl şirkətdir. Aviaşirkətdə ən böyük pay - 80% olmaqla biznesmen David Qayaşviliyə, şirkətin 20%-i isə Eter Qayaşvili (10%) və Sofio Qventsadzeyə (10%) məxsus "Georgia Air Service" MMC-yə məxsusdur.
Onun aviasiya donanması orta məsafəli “Boeing 737”, “Embraer” və CRJ təyyarələrindən ibarətdir.