Paşinyan istefa verdi
VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i Baş nazirin sosial şəbəkə hesablarına istinadən məlumat yayıb. 

 

"Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir", - deyə o qeyd edib.

 

Yayılan videoda Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayaraq Ermənistan Prezidentinə təqdim edib.

 

Baş nazir vurğulayıb ki, istefa verən hökumətin üzvləri yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra etməyə davam edəcəklər. Onun sözlərinə görə, Ermənistan Prezidenti yeni parlament fəaliyyətə başladıqdan dərhal sonra parlament çoxluğunun namizədini Baş nazir təyin edəcək.

 

Qeyd edək ki, hökumətin istefası əvvəlcədən planlaşdırılmış prosedur çərçivəsində baş verib. Bu addım avqustun 2-də Ermənistanın IX çağırış yeni parlamentinin fəaliyyətə başlaması ilə əlaqədardır.

 

Xatırladaq ki, son parlament seçkisinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizindən çoxunu qazanıb. Bu nəticə partiyaya təkbaşına yeni hökumət formalaşdırmaq imkanı verir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.