Tramp Kemp-Deviddə hökumətin iclasını keçirəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Merilend ştatındakı Kemp-Devid prezident iqamətgahında Nazirlər Kabinetinin iclasını keçirəcək.

 

Bu barədə "Independent" qəzeti məlumat yayıb.

 

Qeyd olunur ki, bu görüş onun ikinci prezidentlik müddətində Ağ Evdən kənarda keçirilən ilk görüş olacaq.

 

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, iclas uzunmüddətli müzakirələrə və administrasiya üzvləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə həsr olunacaq. Onun sözlərinə görə, görüş yerinin Kemp-Deviddə olması kabinet üzvlərinə "mühiti dəyişməyə" imkan verəcək.

 

Bu, Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri Nazirlər Kabinetinin 13-cü iclası olacaq. May ayında görüşün Kemp-Deviddə keçirilməsi cəhdi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilmişdi. Birinci prezidentlik müddətində Tramp kabinetin iclasını bu iqamətgahda keçirmişdi.

 

“Report” xatırladır ki, Kemp-Devid ABŞ prezidentləri tərəfindən iş və danışıqlar üçün mühafizə olunan şəhərkənarı iqamətgah kimi istifadə olunur. 1978-ci ildə orada Misir Prezidenti Ənvər Sadat, İsrailin Baş naziri Menahem Begin və ABŞ Prezidenti Cimmi Karter arasında Kemp-Devid sazişlərinin imzalanması ilə nəticələnən danışıqlar aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.