Pentaqon raket ehtiyatını yeniləmək üçün KONQRESDƏN 18 MİLYARD DOLLAR İSTƏYİR

ABŞ-ın Hərb Nazirliyi (Pentaqon) ələkeçirici raket ehtiyatlarının yenilənməsinə 18.2 milyard dollar ayrılması üçün Konqresə sorğu ünvanlayıb.

 

Bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.

 

Məlumata əsasən, qeyd olunan rəqəm daha öncə göndərilmiş 67 milyard dollarlıq əlavə vəsait tələbinin bir hissəsidir.

 

Agentlik vurğulayır ki, Pentaqon 18.2 milyard dolları hərbi rəsmilər və qanunvericilər tərəfindən kritik dərəcədə azaldığı bildirilən sursatların alınmasına xərcləməyi düşünür. Həmin məbləğin təxminən 5.75 milyard dollarının THAAD raket əleyhinə müdafiə sistemləri, 5.57 milyard dollarının "Patriot" kompleksləri, 1.9 milyard dollarının isə "SM-6" raketləri üçün ayrılması nəzərdə tutulur.

 

Bundan əlavə, Pentaqon İrana qarşı hərbi əməliyyat zamanı ilk dəfə istifadə edilmiş "Tomahawk" qanadlı raketlərini və "Precision Strike Missile" qısamənzilli ballistik raketlərini də almaq niyyətindədir.

 

"The New York Times" qəzetinin özəl mənbələrinə istinadən yaydığı xəbərə görə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn xəbərdarlıq edib ki, Mərkəzi Komandanlıq İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə bilər, lakin bu ssenaridə ələkeçirici raketlərin ehtiyatı təhlükəli dərəcədə azalacaq. Prezident Donald Tramp isə bu iddiaları təkzib edərək, ABŞ ordusunun ehtiyac duyulduğundan qat-qat çox hərbi sursata malik olduğunu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.