Bu gecə Yer kürəsində maqnit qasırğası gözlənilir

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğası baş verə bilər və bu ehtimal 75 faiz qiymətləndirilir.

 

Bu barədə Rusiyanın "Fobos" Hava Mərkəzi məlumat yayıb.

 

Mərkəzin məlumatına görə, proqnoz modelləri Günəş küləyinin sürətinin saniyədə 600 kilometrə və daha yüksək həddə çata biləcəyini göstərir. Belə şəraitdə geomaqnit sahəsində baş verəcək dəyişikliklər zəif (G1) və orta səviyyəli (G2) maqnit qasırğasına səbəb ola bilər.

 

Mütəxəssislər bildiriblər ki, mümkün maqnit qasırğasının səbəbi iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması (CME) ola bilər.

 

Qasırğanın bu gecənin ikinci yarısında başlayacağı gözlənilir. Onun 6-9 saat davam edəcəyi ehtimal olunur.

 

"Fobos" Hava Mərkəzi qeyd edib ki, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit aktivliyi bazar gününün sonunadək, həmçinin bazar ertəsi gününün birinci yarısında da davam edə bilər.(Oxu.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.