Almaniya Kansleri Kiyevə niyə gedib və haralara baş çəkib? – SƏFƏRİN DETALLARI
VİDEO/FOTO

Almaniya Kansleri Fridrix Merts Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə bir neçə yerə baş çəkib.

 

“Reuters“ xəbər verir ki, Merts əvvəlcə Kiyevin Müstəqillik Meydanında həlak olan ukraynalı hərbçilərin xatirəsinə yaradılmış müvəqqəti memorialı ziyarət edib. Merts və Zelenski burada həlak olanların xatirəsini yad ediblər.

 

Daha sonra onlar Rusiya dronlarının son hücumları zamanı zərər görmüş Ukrayna Milli Elmlər Akademiyasının inzibati binasına baş çəkiblər. Merts dağıntılara yerində baxıb.

 

Qeyd edək ki, Almaniya Kansleri səhər saatlarında qatarla Kiyevə gəlib. Onu vağzalda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb. Mertsi Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe, eləcə də Almaniya şirkətlərinin nümayəndələri müşayiət edirlər.

 

Səfər Rusiyanın Kiyevə hücumlarını intensivləşdirdiyi vaxta təsadüf edib. Mertsin şəhərə gəlişindən sonra Kiyevdə bir neçə dəfə hava həyəcanı elan olunub və partlayış səsləri eşidilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.