Azərbaycan-ABŞ əlaqələrindəki yəni mərhələ NƏLƏR VƏD EDİR?
ŞƏRH-PROQNOZ
Dünən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət başçısı Cozef Baydenə məktub ünvanlayıb. Məktubda ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə edilib. Həmçinin ABŞ-ın postmünaqişə dövründə Qarabağdakı bərpa və yenidənqurma işlərində iştirak edəcəyindən məmnunluq qeyd olunub.
 
Bir neçə gün əvvəl isə Novruz bayramı münasibətilə Bayden ölkə rəhbərimizə məktub göndərmişdi.
 
Bu, son vaxtlar Qərbin, o cümlədən ABŞ- ın Bakıya diqqətinin artmasının növbəti təzahürüdür. Şübhəsiz ki, sözügedən diqqət təsadüfi deyil. Bunun köklü səbəbləri var. Hər şeydən əvvəl onu deyək ki, İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Beləliklə, rəsmi Bakının dünyadakı reytinqi xeyli artdı. 
 
Son aylar baş verənlər isə Azərbaycanın mühüm siyasi aktor olduğunu təsdiqləməkdədir. Bunun ən bariz nümunəsi Ukrayna ilə Rusiya arasındakı müharibədə ölkəmizin yeridir. Belə ki, rəsmi Bakı ilk gündən etibarən Ankara ilə birlikdə vasitəçiliyini təklif edir, tərəfləri diplomatik masa arxasında əyləşdirməyə çalışır. Biz təxminən bir aydır ki, neytrallığımızı qorumaqla yanaşı, Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir, Kiyevə humanitar yardım göndəririk. Şübhəsiz, bu, ABŞ-ın diqqətindən kənarda qalmır.  Həm sözdə, həm də əməldə Kiyevi dəstəkləyən Vaşinqton bir tərəfdən Bakının diplomatik məharətini alqışlayır, digər tərəfdən isə Ukraynaya göndərilən humanitar dəstəyə görə bizə təşəkkür edir. 
 
İkinci bir tərəfdən, müharibənin təsiri ilə Rusiyanın Cənubi Qafqazda təsir imkanları azalır. Bu isə ABŞ-a regiona gəlməsi üçün yeni imkanlar yaradır. Bakının bölgədə əsas siyasi "oyunçu" olduğunu bilən Vaşinqton əlaqələrin daha da möhkəmləndirilməsi yolu ilə Cənubi Qafqazdakı mövqelərini gücləndirməyə çalışa bilər. 
 
Əlbəttə, ABŞ-la əlaqələrin yeni mərhələsi bizim üçün də yeni fürsətlər deməkdir. Uğurlu həmlələr nəticəsində Qarabağda yarımçıq qalmış işlərimizi tamamlaya bilərik. Xüsusilə nəzərə almaq lazımdır ki, Vaşinqtonun İrəvana təsir imkanları kifayət qədərdir. Bu isə o deməkdir ki, ABŞ yekun sülh müqaviləsi istiqamətində Azərbaycanın maraqlarının təmin olunmasına çalışa bilər. 
 
Narahatlıq doğuran məqam bu əlaqələrin fonunda ABŞ-ın ATƏT-in Minsk Qrupunu reallaşdırmağa çalışa bilməsidir. Bu ehtimal azdır. Amma tamamilə istisna da deyil. Hər halda indiyədək oxşar cəhdləri az görməmişik.
 
Bütün hallarda ABŞ ilk növbədə öz maraqlarını güdür. Bizə lazım olan isə Bayden administrasiyasının bu maraqlarından yararlanaraq öz plan və prioritetlərimizi həyata keçirməkdir.
 
Kənan Novruzov, 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.