
Paşinyan hər nə qədər xəbəri inkar edib dezinformasiya adlandırsa da, yayılan peyk görüntüləri əksini deyir. Misal üçün, martın 18-də çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 Su-30 tipli döyüş təyyarəsinin olduğu aydın şəkildə görünür. Martın 25-də çəkilən növbəti görüntüdə isə Rusiyaya göndərilən Su-30 təyyarələri olduğu yerdə MiQ-29 qırıcıları görünüb. Yəni xəbərlər heç də Paşinyanın dediyi kimi dezinformasiya deyil.

Rəsmi Bakı qırıcıların hava məkanından keçməsinə icazə verib?
Məlumatlardan belə məlum olur ki, təyyarələr Rusiyaya martın 23-də yerli vaxtla saat 12:50-də İrəvandakı Erebuni hava limanından yola düşüb. Peyk görüntülərində təyyarələrin Göyçə mahalındakı Aşağı Qaranlıq şəhərindən keçərək Azərbaycan hava məkanından istifadə edərək saat 13:14-də Rusiyaya çatdığı görünür. Bu zaman sual yaranır: Azərbaycan nə üçün Ermənistanın Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya verdiyi 4 ədəd Su-30 tipli qırıcı təyyarəsinin hava məkanından keçməsinə icazə verib?

Ermənistanın 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya Azərbaycan üzərindən verməsi rəsmi Bakının ən azından məsələnin mahiyyətindən məlumatlı olmasına, gələcəkdə bu istiqamətdə adekvat addımların atılmasına şərait yarada bilər.
Nəzərə almaq lazımdır ki, məlum xəbəri Türkiyə kəşfiyyatı ifşa edib. Hesab edirəm, bu fakt belə rəsmi Bakının addımının düzgünlüyünü və əsl mahiyyətini göstərir.
Turan Rzayev,
Siyasi ekspert