Elçin Bayramlı: Aqrar sektoru bu günə salanlar istefa verməlidirlər
“YERLƏRİNƏ SAHƏNİ DÜZGÜN İDARƏ EDƏN MÜTƏXƏSSİSLƏR GƏLMƏLİDİR”
Dünyanın aclıq astanasında olduğu bir vaxtda əksər ölkələr ən çox taxıl ehtiyatına sahib olmağa çalışırlar. Bir tərəfdən  iqlim dəyişiklikləri, bir tərəfdən müharibələr, digər bir tərəfdən də başqa amillər gələcəkdə kəskin taxıl qıtlığı olacağından xəbər verir. Kənardan buğda idxal edən Azərbaycan kimi ölkələrdə isə problem özünü daha acınacaqlı şəkildə göstərə bilər.
 
Ona görə də həm hökumət, həm də mütəxəssislər ölkədə taxılçılığın genişləndirilməsini təklif edir, taxıl əkinini artırmaları ilə bağlı fermerlərə çağırışlar edirlər. Lakin tez - tez eşidirik ki, fermerlər su dərdindən əkdikləri taxılı üzə  çıxarmaqda çətinlik çəkirlər. Elə Şəkinin Dəhnə kəndindəki fermerlər də su dərdi ilə üzləşiblər. Mətbuatda yayılan məlumata görə, Şəkinin Böyük Dəhnə kəndinin taxılçılıqla məşğul olan fermerləri əkdikləri taxılı vaxtında suvara bilmədiklərindən şikayətçidirlər. Kənddə ümumi əkin aparılan sahələr 2500 hektara yaxındır. Bunun 1100 hektarını dənli bitkilər, yəni taxıl təşkil edir. 
 
Fermerlər bu il suvarma suyu olmazsa, məhsuldarlığın aşağı düşəcəyini bildirirlər. Fermerlərin qarşılaşdıqları problemlə bağlı kənd bələdiyyəsindən bildirilib ki, quraqlıqla əlaqədar mənbədə su az olub. Son bir ayda isə əhali su ilə növbəli şəkildə təmin olunur.
 
Yəni əlaqədar qurumlar əkdiklərı taxılı suvara bilməyən fermerlərə “quraqlıqla əlaqədar su az olub” - cavabını veriblər. 
 
“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı
KİV-ə açıqlamasında bildirib ki, problem çox ciddidir və buna görə də məsuliyyət birbaşa bu sahəyə məsul olan rəsmi şəxslərin üzərinə düşür: “Biz neçə aydır bununla bağlı həyəcan təbili çalırıq, deyirik ki, qarşıdan suvarma və quraqlıqla bağlı ciddi problemlər gəlir. Azərbaycanda su təsərrüfatındakı problemlər, suyun düzgün bölüşdürülməməsi məhsuldarlığa ciddi zərbə vurur. Halbuki qlobal böhran fonunda, çox ağır bir vəziyyətdə bu, bir növ sabotajdı. Bu işə rəhbərlik edən məsul şəxslər dərhal həbs olunmalıdır. Çünki belə hallar çox yerdə var. Artıq fermerlərin böyük əksəriyyəti gübrələrini ala bilmirlər, bu barədə kifayət qədər şikayətlər var. Demək olar ki, yazlıq əkin üçün alanlara da gübrə bazar qiymətindən çox baha satılıb. Bir tərəfdən gübrə, bir tərəfən də dərman, suvarma problemləri mövcuddur. Təxminən bir ay bundan əvvəl güclü yağıntılar oldu, bu da məhsuldarlığa çox ciddi ziyan vurdu.  Kartof əkinlərimizin 40 faizi ciddi zərər çəkdi. Bu sahədə də qıtlıq olacaq. Təsəvvür edin ki, onsuz da biz ağır vəziyyətə gəlmişik, qlobal ərzaq böhranı şəraitində çox ağır durumdayıq. Bəzi məhsullar üzrə 80-90, bəzi məhsullar üzrə isə 40-50 faiz idxaldan asılıyıq. Əgər tələbatımızın yarısını xaricdən alırıqsa,  ölkə daxilindəki istehsala məsul orqan və şəxslərin belə yarıtmaz münasibəti və idarə etməsi nəticəsində də yerli məhsullar artıq tamamilə sıradan çıxmaq üzrədir”.
 
E.Bayramlının sözlərinə görə, bu isə o deməkdir ki, qarşıda bizi çox ciddi ərzaq böhranı, ərzaq bahalaşması gözləyir. O hesab edir ki, təxirəsalmadan bu sahədə ciddi işlərə start verilməlidir: “Bütün ölkələr aqrar sektorda istehsalı artırmaq, depolamaq və sair sahələrdə ciddi fəaliyyətə başladığı halda, bizim hökumət hələ də sakit dayanıb. Bizimkilər nəyə ümid edirlər, bilmirəm? Heç bir tərpəniş, hərəkət yoxdur. Əksinə müəyyən proseslər, hadisələr nəticəsində belə xoşagəlməz hallar baş verir. Yəni burada korrupsiya amilləri də,   fermerlərə qarşı süni əngəllər yaratmaq da, yerli istehsalın bazara çıxış problemi də var. Dərman problemi azmış kimi, aqrolizinq də odu bahasınadır. Çox təəssüflər olsun ki, suvarma sahəsində ciddi faciəvi vəziyyət mövcuddur. Bu problemlərə görə kənd təsərrüfatı naziri və nazirliyin məsul şəxsləri, su və meliorasiya sahəsinə rəhbərlik edənlər dərhal istefa verməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki elə vəziyyət yaradıblar ki, üzü bundan da çətin vəziyyətə gedirik. Bütün baş verənləri gördükdə anlayırsan ki, bu sahəyə məsul olan məmurlar nəinki vəziyyətin qarşısını almaq üçün çalışmır, əksinə problemi daha da dərinləşdirirlər. Ona görə də bu sahəyə məsul olanlar istefa verməli, onların əvəzinə aqrar sahəni düzgün idarə edən mütəxəssislər gəlməlidir. Təcili olaraq antiböhran kompleksi qurulmalıdır. Xüsusən də ərazaqla bağlı. Yaxşı olar ki, texniki əkin yerlərinn bir hissəsi təxirə salınmadan ərzaq əkinlərinə ayrılsın. Əks halda biz çox ağır vəziyyətdə qalacağıq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.