BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Unikal.org-a müsahibə verib.
Senzor.az bildirir ki, o, müxbirin “Son illər yüksək vəzifəyə təyinat alan şəxslər arasında gənclər üstünlük təşkil edir. Gənc kadrlar onlara göstərilən etimadı doğruldurmu” sualına cavabında bəzi nüanslara toxunub və maraqlı bir məqamı xatırladıb.
Deputat deyib: “Onların içərəsində kifayət qədər mədəni və öz sahəsini yaxşı bilən kadrlar var. Hesab edirəm ki, SOCAR-ın prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf kifayət qədər savadlı, mədəni və hazırlıqlı adamdır. Bura yeni səhiyyə naziri Teymur Musayevi də əlavə edərdim. Başqa adlar da çəkmək olar. Əsasən son təyinatları dedim. Kadrlar çox şeyi həll edir, amma hər şeyi həll etmir. İdarəetmə təkmilləşdirilməsə, heç nə dəyişməyəcək. Bir kadr uğurlu olacaq, vəziyyət əvvəlkindən nisbətən yaxşı olacaq. Amma köklü dəyişikliklər baş verməyəcək. İnsanlar yaşlaşır, gənc nəsil yaşlıları əvəz edir. Bu da təbii prosesdir. Tam o siyasət deyil ki, hakimiyyət gəncləşdirilsin. Ona görə ki, dövlət idarəetməsində təcrübəli insanlara hər zaman ehtiyac var. O baxımdan hökumətin tərkibində həm gənclər, həm də yaşlı insanlar olmalıdır. Bir balans yaratmalıdırlar. Tam gənclərdən ibarət hökumət ola bilməz. O hökumət inanmıram ki, ciddi uğur qazana bilər. Beynəlxalq təcrübə də bunu göstərir.
...Parlamentdə də özünü doğruldan gənclər var. Adlar çəkmək istəmirəm. Gənclər o zaman özünü tam doğruldacaq ki, doğrudan da böyük rəqabətdən, siyasi partiyalardakı proseslərdən keçib gəlsinlər. Siyasi debatlarda çıxış etsinlər. Parlament siyasət yeridir. Bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir. Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər, siyasi proseslərin içindən keçib gəlməlidir.
Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq”.