Etirazçılar səhərədək dağılışmaq fikrində deyillər - TAVUŞDA NƏ BAŞ VERİR?
YENİLƏNİB, VİDEO

Ermənistanın Tavuş bölgəsinin sakinləri Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın qərarından narazılıqlarını davam etdirirlər.

 

Yerli KİV bildirir ki, onlar Voskepar-Kirants avtomobil yolunda tonqallar qalamağa başlayıblar.

 

Etirazçılar dağılışmaq fikrində olmadığını bildirirlər.

 

Sakinlər Ermənistan baş nazirinin müavini, delimitasiya komissiyasının rəhbəri Mqer Qriqoryanla görüş istəyirlər.

 

Qeyd edək ki, aksiya gün ərzində davam edib və yol bağlı saxlanılıb.

 

**17:34 (21.04.2024)

Azərbaycanla həmsərhəd Tavuş rayonunun sakinləri Kirants-Voskepar (Əskipara) yolunu bağlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sakinlərdən  Suren Petrosyan kənddə ölçmə aparan insanların olduğunu gördükdən sonra bazar ertəsi baş nazirin müavini Mher Qriqoryanla planlaşdırılan görüşü gözləməməyə qərar verdiklərini bildirib.

 

O, iddia edir ki, bu yaxınlarda erməni hərbçiləri minalardan təmizləmə işlərinə başlamaq istəsələr də, yerli sakinlər buna mane olublar.

 

Son məlumata görə, Kirants kəndində artıq gərgin vəziyyət yaranıb. Belə ki, Kirants-Voskepar (Əskipara) yolunu bağlayan sakinlərlə bura gələrək yolun açılmasını tələb edən hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma başlayıb.


Senzor.az








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.