Tbilisidə etirazların 10-cu günü: Jurnalistlərə və müxalifətin ofisinə vəhşicəsinə hücum - OMBUDSMANDAN REAKSİYA
VİDEO

Tbilisidə Gürcüstan parlamenti yaxınlığında mülki geyimli naməlum şəxslər azı iki etirazçını döyüblər.

 

Senzor.az bildirir ki, bu barədə gürcü KİV-ləri məlumat yayıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, maskalı və qara paltarlı bir neçə nəfər qəfildən nümayişçilərin üstünə cumaraq onları yıxıb, döyməyə başlayıb. Bir qurban xəstəxanaya yerləşdirilib. İkinciyə isə hadisə yerində təcili tibbi yardım həkimləri tərəfindən kömək göstərilib.

 

Naməlum şəxslər həmçinin Tbilisinin mərkəzində müxalifətin “Dəyişiklik Koalisiyası”nın ofisinə və yaxınlıqdakı TV Pirveli-nin çəkiliş qrupuna hücum ediblər.

 

Bildirilir ki, ofisə hücumda onlarla maskalı iştirak edib. Gürcü veteranı Koba Xabazinin başı yarılıb. "Dəyişiklik Koalisiyası"nın ofisi hazırda etiraz aksiyasının keçirildiyi parlamentin yaxınlığında yerləşir.

 

Pirveli NV-nin jurnalisti Maka Çixladze kamera və mikrofonunun əlindən alındığını bildirib. Onun üzünə birbaşa bibər qazı vurub, sonra da yerə yıxıblar. Telekanalın operatorunu isə bir neçə nəfər yerə yıxaraq təpikləyib. Zərərçəkənlər polisdən bütün bunlara reaksiya verilmədiyini deyiblər.

Gürcüstanın ictimai müdafiəçisi – ombudsmanı  silsilə hücumlar barədə xəbərlər fonunda polisi aksiya iştirakçılarının və jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb. “Media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Tbilisinin Rustaveli prospekti ərazisində qara geyimli şəxslər Pirveli telekanalının əməkdaşlarına və   vətəndaşlara hücum edərək onlara qarşı fiziki zorakılıq tətbiq edirlər. Rustaveli yaxınlığında səfərbər edilmiş polis qüvvələrini dərhal reaksiya verməyə və vətəndaşların təhlükəsizliyini yerində təmin etməyə çağırıram. Hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlamalı və aidiyyəti şəxsləri məsuliyyətə cəlb etməlidirlər”, - deyə Ombudsman Aparatının bəyanatında bildirilib. 

 

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə cinayət işi açılıb.

  

**20:57

 

Tbilisidə etirazlar davam edir – 10-cu GÜN

BU DƏFƏ TƏLƏBLƏRİ ODUR Kİ...  

Müxalifət nümayəndələri, eləcə də onların tərəfdarları Tbilisidə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusundan bir neçə kilometr aralıda yerləşən Rustaveli prospektindəki parlament binasına qədər yürüş təşkil ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yürüş iştirakçılarının bir tələbi var - ötən günlərdə keçirilən mitinqlərdə iğtişaşlara görə saxlanılan 28 nəfərin, eləcə də inzibati qaydada həbs edilən digər şəxslərin azadlığa buraxılması.

 

...Onlar artıq qanunverici orqandan kənarda keçirilən əsas etiraza qoşulublar və Rustaveli prospektində hərəkəti dayandırıblar.

 

Hazırda sakitçilikdir, Azadlıq meydanında və parlament binası ətrafında xüsusi təyinatlı qüvvələr gözə dəymir.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.