Gürcüstan üzrxahlıq gözləyir - TRAMPIN USAID HAQDA DEDİKLƏRİNDƏN SONRA

Prezident Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiya ilə bağlı sözlərindən sonra “xarici agentlər” qanununu tənqid edənlər bizim ölkədən üzr istəməlidirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili belə ir bəyanatla çıxış edib.

 

“Şəffaflıq qanununa qarşı mübarizə aparan bütün əcnəbilərin Gürcüstan dövlətindən və gürcü xalqından üzr istəmələrinin vaxtı çatıb”, - Papuaşvili “Facebook” sosial şəbəkəsində Trampın şəklini və onun USAİD-dəki korrupsiya ilə bağlı sitatını əlavə edərək yazıb.

 

Yeri gəlmişkən, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyasının lideri Mamuka Mdinaradze 2024-cü ilin aprelində qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanununun ABŞ-dakı  FARA qanunu ilə tam eyni olması barədə təşəbbüsün irəli sürüləcəyini bildirib.

 

Bundan əvvəl isə, ABŞ Prezidenti özünün “Truth Social” sosial şəbəkəsində USAID-də korrupsiyanın “görünməmiş miqyasda” olduğunu və təşkilatın bağlanmalı olduğunu yazmışdı. Fevralın 3-də ABŞ administrasiyası USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə Dövlət katibi Marko Rubio təyin edilib. USAİD ilə bağlı təşkilati nəticələr amerikalı sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.