Rusiya Prezidenti: UKRAYNADA ƏBƏDİ SÜLH İSTƏYİRƏM
VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhün əbədi olmasını istədiyini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşü zamanı danışıb.

 

“Ukraynada sülhün müddətinə, onun davamlılığına və etibarlılığına gəlincə, sülhün əbədi olmasını istərdik. Hazırda hamımız döyüş bölgəsində, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması istəyindən danışırıq. Hörmətli cənablar, sizin indicə qeyd etdiyiniz kimi, bu sülh uzunmüddətli olmalıdır. Mən bunu təkcə təsdiqləmirəm, həm də istərdim ki, bu sülh əbədi olsun”, - Putin vurğulayıb. 

Rusiya lideri görüşdə Ukraynada xarici qoşunların yerləşdirilməsi ehtimalına da münasibət bildirib. O qeyd edib ki, Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsi Moskvanın milli təhlükəsizliyinə təhdid yaradır. Putin belə qüvvələrin Ukrayna ərazisində mövcudluğunun Rusiya ordusu üçün qanuni hədəf olacağını vurğulayıb.

 

Rusiya lideri ABŞ-ın Avropa ölkələri ilə işləməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Avropa ilə dialoq aparmalı, avropalılar isə sülh, yoxsa müharibə istədiklərinə qərar verməlidirlər.(Bax:https://www.youtube.com/watch?v=SbdWpC5cS5g)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.