Çin, Rusiya və ABŞ liderləri Birgə Bəyannamə qəbul etdilər - TAM MƏTN

Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp beynəlxalq təhlükəsizlik və strateji sabitliyin qorunması ilə bağlı Birgə Bəyannamə qəbul ediblər.

 

TASS xəbər verir ki, üç ölkə lideri noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammitin yekununda “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi” adlı sənədi imzalayıblar.

 

Rusiya və ABŞ liderləri tarixi üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çinə təşəkkür ediblər.

 

Üç dövlətin rəhbərləri beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bəyan ediblər.

 

Bəyannamənin tam mətnini təqdim edirik:

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 2026-cı il noyabrın 19-da Şençjen şəhərində görüşdülər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çinə minnətdarlıqlarını bildirdilər.

 

Üç dövlətin rəhbərləri mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını təsdiqlədilər.

 

1. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ BMT-nin islahatlarının aparılmasına sadiq olduqlarını bəyan etdilər. Məqsəd təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsini, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi sahəsində əsas missiyasına daha yaxşı uyğunlaşmasını təmin etməkdir.

 

2. Üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar enerji təchizatının sabitliyinin vacibliyini təsdiqlədilər.

 

3. Üç dövlətin rəhbərləri dövlətlərin razılığı prinsipinin və dövlət rəsmilərinin toxunulmazlığına riayət edilməsinin fundamental əhəmiyyət daşıdığını qeyd etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduqları barədə razılığa gəldilər.

 

4. Üç dövlətin rəhbərləri nüvə müharibəsində qalibin ola bilməyəcəyini və belə bir müharibənin heç vaxt başlanmamalı olduğunu təsdiqlədilər. Ölkələr nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoq aparacaqlar.

 

Qeyd edək ki, üç ölkənin liderlərinin tarixdə ilk dəfə keçirilən üçtərəfli görüşü təxminən bir saat yarım davam edib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.