Rusiya ilə Gürcüstan arasında BİRBAŞA DİALOQ BƏRPA OLUNDU

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Belarusda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.

 

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

 

"Noyabrın 19-da Qaluzin Zurabaşvili ilə bərpa edilmiş birbaşa Rusiya-Gürcüstan dialoqu çərçivəsində görüşüb", - deyə məlumatda qeyd olunub.

 

Rusiya XİN-dən bildirilib ki, tərəflər Rusiya ilə Gürcüstan arasında münasibətlərin gələcək inkişafı naminə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

 

Xatırladaq ki, Gürcüstan hökuməti oktyabrın sonunda Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndə təyin edib. Bu vəzifə ölkə xarici işlər nazirinin birinci müavini G.Zurabaşviliyə həvalə olunub.

 

2024-cü ilin yazından vakant qalan bu vəzifəyə yeni təyinat Tbilisinin Moskva ilə birbaşa dialoqu bərpa etmək qərarı ilə əlaqələndirilir.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.