
Çinlə ABŞ birlikdə Rusiyanın dövlət başçısı Vladimir Putini müharibəni dayandırmağa məcbur etməyə qadirdirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, bu istiqamətdə əsas təsir vasitələrindən biri kimi sanksiyaları göstərib.
Zelenski bununla yanaşı, Ukraynanın iştirakı olmadan ölkənin gələcəyinin müzakirə edilməsindən narazılığını ifadə edib. O, Avropanın da belə müzakirələrdən kənarda qalmasına etiraz edib.