İmran Xan və həyat yoldaşı
17 İL AZADLIQDAN MƏHRUM EDİLDİ

Pakistan məhkəməsi sabiq baş nazir İmran Xanı və həyat yoldaşı Büşra Bibini Toşaxana (hədiyyələrin saxlandığı rəsmi dövlət anbarı) ilə bağlı ikinci korrupsiya işi üzrə 17 il həbs cəzasına məhkum edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, söhbət sabiq baş nazir və həyat yoldaşının 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı ehtimal olunan dələduzluqdan gedir.

 

Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib. Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.

 

Cinayət işi 2024-cü ilin iyulunda açılıb. İstintaq İmran Xan və Büşra Bibinin bahalı saatlar, zinət əşyaları kimi qiymətli hədiyyələri Toşaxanaya təhvil verməyərək satdığını iddia edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.