İranın neft satışından gəliri son 4 ayda 11 MİLYARD DOLLARDAN ÇOX OLUB

İranın neft satışlarından əldə etdiyi gəlirlər cari il martın 21-dən iyulun 22-dək olan dövrdə 11 milyard dolları ötüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.

 

Nazirliyin açıqlamasında qeyd olunub ki, ötən il dekabrın 22-dən cari il martın 20-dək dövrdə isə neft satışlarının həcmi təxminən 8 milyard dollar təşkil edib.

 

Məlumatda bildirilib ki, açıqlama ölkənin valyuta ehtiyatlarının azalmasının neft satışlarının zəifləməsi ilə bağlı olması və İran iqtisadiyyatının Neft Nazirliyinin fəaliyyəti səbəbindən böhran həddinə çatması barədə iddialara cavab olaraq verilib.

 

Qeyd edilir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəlki illərdə ölkənin illik neft gəlirlərinin 50–60 milyard dollar civarında olduğu, ABŞ-ın Oman dənizində tətbiq etdiyi məhdudiyyətlərdən sonra isə neft satışlarının azaldığı bildirilirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.