Zelenski Böyük Britaniyanın yeni Baş naziri ilə görüşdü
VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə görüşən ilk xarici lider olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniya Baş nazirinin dəftərxanası məlumat yayıb.

 

Prezident və Baş nazir Portsmut şəhərində əvvəlcə təkbətək, daha sonra isə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Queen Elizabeth" təyyarədaşıyan gəmisində nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriblər.

 

“Mən sizi və bütün ukraynalıları əmin etmək istəyirəm ki, Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır. Düşünürəm ki, Britaniya cəmiyyətinin böyük əksəriyyəti də bu mövqeyi bölüşür. Yaşadıqlarınızın nə qədər ədalətsiz olduğunu hiss edir və anlayırıq ki, sizin yanınızda olmaq, sizə dəstək vermək bizim borcumuzdur”, – deyə Endi Börnhem bildirib.

 

Baş nazir əlavə edib ki, Böyük Mançesterin meri olduğu dövrdə ukraynalı həmkarları ilə sıx əməkdaşlıq edib və Ukraynaya dəstək göstərilməsi istiqamətində müxtəlif təşəbbüslərdə iştirak edib.

 

“Məhz Britaniya cəmiyyətinin Ukraynaya dəstək məsələsində nümayiş etdirdiyi birlik son dərəcə vacibdir. Ukrayna şəhər rəhbərləri ilə geniş iş təcrübəniz, şübhəsiz ki, baş verənləri, bu müharibənin mahiyyətini və onun yaratdığı çətinliklərin miqyasını daha dərindən anlamağınıza imkan verir”, – deyə Zelenski vurğulayıb.

 

Liderlər gələcək tərəfdaşlıq perspektivlərini və Ukraynaya dəstəyin əsas prioritetlərini müzakirə ediblər. Xüsusilə, birgə müdafiə sənayesinin inkişafı, həm Ukraynada, həm də Böyük Britaniyada müvafiq istehsal müəssisələrinin yaradılması məsələləri diqqət mərkəzində olub. Tərəflər əməkdaşlığın tempinin daha da artırılması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

 

Böyük Britaniyanın təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi səylərin mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

 

Görüşdə, həmçinin Ballistik Raket Əleyhinə Koalisiyanın fəaliyyəti, bu istiqamətdə tərəfdaşlarla atılacaq növbəti addımlar, eləcə də “Könüllülər koalisiyası” çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Endi Börnhem onu da bildirib ki, Böyük Britaniya “Könüllülər koalisiyası”na həmsədrlik etməyə davam edəcək.

 

Baş nazir əlavə edib ki, Ukrayna müharibənin gedişatına təsir göstərərək təşəbbüsü öz əlində saxlamağı davam etdirir. Onun sözlərinə görə, Böyük Britaniya da Rusiyaya təzyiqi artırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.