Putin Rusiya ordusunun sayını yenidən artırdı

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayının artırılması barədə fərman imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, fərmana əsasən, Rusiya ordusunun ümumi ştat sayı 2 milyon 426 min 130 nəfərə çatdırılır. Hərbi qulluqçuların sayı isə 1 milyon 510 min yox, 1 milyon 535 min nəfər olacaq.

 

Sənəd avqustun 1-dən qüvvəyə minəcək. Fərmanda qeyd olunur ki, dəyişikliklər Rusiya Silahlı Qüvvələrində hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədardır.

 

Bundan bir qədər əvvəl ordunun ştat sayının 2 milyon 399 min 130 nəfərə çatdırılması barədə fərman imzalanmışdı. Amma onda artımın səbəbi açıqlanmamışdı.

 

Bu, 2026-cı ilin mart və iyun aylarında qəbul edilən qərarlardan sonra son altı ayda ordunun sayının artırılması ilə bağlı üçüncü fərmandır. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə Vladimir Putin ordunun sayını altıncı dəfə artırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.