Penitensiar Xidmət sabiq icra başçısının ölümü ilə bağlı məlumat yaydı - YENİLƏNİB

“Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib”.
 
Senzor.az bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda belə deyilir.
 
Məlumatda qeyd olunub ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.
 
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
 
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
 
**14:14


Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Nizaməddin Quliyev vəfat edib.
 
Senzor.az-ın məlumatına görə, o, ötən gün Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunda koronavirusdan dünyasını dəyişib. 
 
Qafqazinfo-nun məlumatına görə, N. Quliyevin həyat yoldaşı da təxminən bir il əvvəl koronavirusdan vəfat edib. Lakin onun ölüm xəbəri Nizaməddin Quliyevdən gizlədilib. N.Quliyevin ölüm gününə kimi arvadının vəfatından xəbəri olmayıb.
 
Xatırladaq ki, Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunmuşdu.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.