12 sentyabr saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Senzor.az Təhsil Nazirliyinə istinadən bildirir ki, sorğuların qəbulunun müvəqqəti dayandırılmasına səbəb yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsidir.
16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə əlavə məlumat veriləcək.