Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayonunun Arvana kənd sakini, 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Yardımlı Rayon Prokurorluğuna istinadən bildirir ki, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi-1988-ci il təvəllüdlü Asif Ağayev tərəfindən, aralarında yaranan mübahisə zamanı ov tüfəngindən açılan atəşlə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.