Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanın İrəvanda yerləşən evinə bomba qoyulması barədə xəbər yayılıb.
Bu barədə “Shamshyan.com” məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə polis əməkdaşları, istehkamçılar və kinoloqlar gəlib, Levon Ter-Petrosyanın evi mühasirəyə alınıb.
Amma aparılan axtarışlardan sonra məlum olub ki, Ermənistanın birinci prezidentinin evinə bomba qoyulması barədə xəbər yalandır.