Britaniya Müdafiə Nazirliyi ölkəyə gələn Ukrayna hərbçilərinə təlim keçmək üçün tərcüməçi çatışmazlığından gileylənib.
Bu barədə lenta.ru məlumat yayıb.
Baş Qərargahın hazırda müvafiq dili bilən şəxslərin axtarışında olduğu bildirilir. Bu məqsədlə sosial şəbəkələrdə elanlar yerləşdirilib.
Vakansiyaların yayın sonuna qədər aktual qalacağı vurğulanır.