BMT İran, Rusiya və Türkiyə prezidentləri - İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İranın paytaxtında keçiriləcək Tehran sammitini izləyəcək.
Senzor.az bildirir ki, bu barədə BMT Baş katibi mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, bu gün Tehranda Astananın Suriya nizamlanmasına yardım prosesinin təminatçısı olan dövlət başçılarının (Rusiya, İran və Türkiyə prezidentlərinin) sammiti keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Tehrandadır. O, İran paytaxtına ötən gecə gəlib. Rusiya Prezidenti Vladimir Putin isə Tehrana bu gün gələcək.
Onu da xatırladaq ki, Astanada münaqişə tərəflərinin və İran, Rusiya və Türkiyə nümayəndələrinin ilkin görüşlərindən sonra Suriya böhranının aradan qaldırılması və siyasi həlli məqsədilə Astana prosesinin təminatçı ölkələri başçılarının ilk görüşü 22 noyabr 2016-cı ildə İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə Soçidə keçirilib.
Senzor.az