Rusiya Prezidenti Vladimir Putin İrana səfərə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı Suriya üzrə Astana prosesinin qarant ölkələrinin sammitində iştirak edəcək.
Bu dəqiqələrdə onun İran dövlət başçısı İbrahim Rəisi ilə görüşü başlayıb.
Görüş Prezident Administrasiyasının binasında keçirilir.
V.Putinin eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İranın ali rəhbəri Əli Xamenei ilə görüşəcəyi də gözlənilir.