Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya ABŞ-da səfərdədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Yelena Zelenskaya iyulun 20-də ABŞ Konrqesində çıxış edəcək.
Məlumata görə, səfər çərçivəsində o, ABŞ-ın Dövlət katibi Entoni Blinken və Beynəlxalq İnkişaf Agentliyinin başçısı Samanta Pauerlə görüşüb.
Daha sonra isə Yelena Zelenskayanı ABŞ Prezidenti Co Bayden və xanımı Ağ Evdə qəbul ediblər. Yerli media onların Y.Zelenskayanın avtomobilini küçədə qarşıladıqlarını xüsusi vurğu ilə qeyd edib.