İran-İraq sərhədində atışma
İKİ İRANLI HƏRBÇİ ÖLDÜ

İranın qərbində hərbçilərlə silahlı qruplaşma arasında atışma olub, nəticədə iki hərbçi ölüb.

 

İranın rəsmi televiziyası xəbər verir ki, bunu İranın Kürdüstan əyalətinin Sərhəd mühafizə xidmətinin komandiri polkovnik Arif Sepehri deyib.

 

Onun sözlərinə görə, ötən gecə əyalətin Bane və Rave rayonlarından terrorçular sızmaq istəyib. Bu zaman hərbçilərlə onlar arasında atışma baş verib. Polkovnik iki hərbçinin öldüyünü, terrorçuların zərərsizləşdirildiyini bildirib.

 

Sepheri terrorçuların mənsub olduğu silahlı qruplaşmanın adını açıqlamayıb.

 

“Report” xatırladır ki, İran ərazisinə İraqdan PKK terror təşkilatının yaraqlıları sızırlar. Qruplaşmanın İslam Respublikasında “Pejak” adlı qolu fəaliyyət göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.