Ukraynada dollar 25 faiz bahalaşdı - RƏSMİ

İyulun 21-də Ukrayna Milli Bankı dollar/qrivna məzənnəsini rəsmi olaraq 25 faiz artırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, artımdan sonra rəsmi məzənnə bir dollar üçün 36,5686 qrivna olub. Bundan əvvəl, fevralın 24-dən məzənnə bir dollar üçün 29,2549 qrivna səviyyəsində müəyyən edilmişdi.

 

Ukrayna Milli Bankının rəhbəri Kirill Şevçenkonun sözlərinə görə, müharibənin əvvəlində qrivnanın məzənnəsinin bir dollar üçün 29,25 qrivna səviyyəsində müəyyənləşdirilməsi maliyyə sisteminin sabit fəaliyyətini təmin etməyə imkan verib.

 

"Məzənnənin fiksasiya mexanizmi indiki şəraitdə iqtisadiyyatın sabitləşdiricisidir. Müharibə artıq 5 aya yaxındır davam edir, bu müddət ərzində bizdə və dünya iqtisadiyyatında ciddi dəyişikliklər baş verib. Belə bir şəraitdə qrivnanın 24 fevral səviyyəsində olan məzənnəsi artıq reallığa uyğun gəlmir və tədricən gözləntilər üçün lövbər rolunu itirir”, - deyə o bildirib.

 

A-95 Konsaltinq Qrupunun direktoru Sergey Kuyuna özünün “feysbuk” səhifəsində yazıb ki, qrivnanın 25 faiz ucuzlaşması yanacaq bazarında qiymətlərin yenidən artmasına səbəb olacaq. Bu isə Ukraynada digər məhsulların da qiymətinin artımına təsir edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.