Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, imzalanma mərasimi İstanbulda keçirilib.
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin Baş katibi Antonio Quterreş imzalayıblar.
Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.
Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.