İranın Fars əyalətində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 21 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Fars əyalətinin İstehban şəhərində baş vermiş sel və daşqın nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Eyni zamanda, 89 nəfər xəsarət alıb, 79 nəfər xilas olunub, 15 avtomobil sudan çıxarılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sel və daşqın kənd təsərrüfatına və bəzi evlərə ziyan vurub.
**09:18
İranın Fars əyalətində daşqınlar olub, nəticədə 11 nəfər ölüb.
Bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Məlumata əsasən, eyni zamanda 13 nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, ilkin olaraq 6 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması barədə məlumat verilmişdi.
Hazırda xəsarət alanların sayının 55 nəfər olduğu bildirilir.
Ölən və yaralananların sayının daha çox olacağı istisna edilmir.