Zelenski Tokayevə “lxr” və “dxr”i tanımadığına görə təşəkkür etdi
YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayevə ölkəsinin ərazi bütövlüyünə göstərdiyi dəstəyə və qondarma “lxr” və “dxr”i tanımadığına görə təşəkkür edib.

 

Bu barədə Ukrayna dövlət başçısı Twitter  hesabında bildirib.

 

O, qazaxıstanlı həmkarı ilə iqtisadiyyat, enerji, rəqəmsallaşma sahəsində əməkdaşlıq layihələrini müzakirə etdiyini də vurğulayıb.


**15:56


Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstan lideri Qasım-Jomart Tokayevlə telefon əlaqəsi saxlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər telefon danışığı zamanı ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.

 

Bundan başqa, Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.

 

Qazaxıstan lideri eyni zamanda, ölkəsinin Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.