Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.
Senzor.az kazinform-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumatda deyilir ki, səfər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində Tokayev Səudiyyə rəsmiləri və iş adamları ilə görüşlər keçirəcək.