Türkiyədə Çingiz xanın nəvəsinin sarayı tapıldı

Türkiyədə arxeoloqlar qrupu Vanda bir vaxtlar Çingiz xanın nəvəsi Hülaku xan üçün tikilmiş   möhtəşəm sarayın qalıqlarını aşkar etdiklərini açıqlayıblar.

 

Məlumatı “Haber Global” yayıb.

 

Tədqiqat qrupuna daxil olmayan bəzi ekspertlər isə qalıqların Çingiz xan və ailəsi ilə əlaqələndirilməsindən öncə daha çox məlumatın lazım olduğunu söyləyərək alimləri ehtiyatlı olmağa çağırıblar.

 

Bildirilib ki, qazıntı işləri Monqolustan və Türkiyədən olan arxeoloqlar tərəfindən aparılıb. Komanda hələ də öz tapıntılarını və kəşf etdikləri artefaktların şəkillərini elmi jurnalda dərc etməyib.

 

Qeyd edək ki, Hülaku xan eramızın 1217-ci ilindən 1265-ci ilə qədər yaşayıb və monqolların Yaxın Şərqdəki hərbi əməliyyatlarına rəhbərlik edib.

 

O, xüsusilə 1258-ci ildə Bağdadın talan edilməsi, “Beytül Hikmət” kimi tanınan şəhərdəki böyük kitabxananın dağıdılması ilə nəticələnən yürüşləri ilə tanınır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.