Avropada qazın qiyməti 1900 dolları ötüb

Avropada iyulun 26-da keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 3 faizdən çox bahalaşaraq 1900 dolları ötüb.

 

Senzor.az bildirir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın avqust fyuçersinin qiyməti 1929 dollardır. “Şimal axını” boru kəməri ətrafında yaranan vəziyyət fonunda təbii qazın qiyməti iyulun 14-dən bəri ilk dəfə bu həddə yüksəlib.

 

Bu ərəfədə “Qazprom” kompaniyası “Portovaya” kompressor stansiyasında təmirlər arası müddətin başa çatması səbəbindən daha bir qaz-turbin mühərrikinin işinin dayandırılması ilə bağlı bəyanat verib. Nəticədə iyulun 27-dən “Şimal axını” ilə qaz nəqli təxminən iki dəfə azalaraq 33 milyon kubmetrə enəcək. Hazırda həmin göstərici 67 milyon kubmetrdir. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.