İki ölkə - Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasında deyib.
Ərdoğanın sözlərinə görə, Rusiya Prezidenti bu arzusunu Tehrandakı görüşləri zamanı ifadə edib: “Putin mənə dedi ki, “Baykar” şirkətilə işləmək istəyir”.
BƏƏ isə “Baykar Makina” zavodunun yaradılması təklifi ilə çıxış edib. Bundan başqa, Səudiyyə Ərəbistanı Türkiyənin “Akıncı” pilotsuz təyyarələrinə maraq göstərir.