Pakistanda sel və daşqın qurbanlarının sayı 335 nəfəri keçdi -
LEYSAN YAĞIŞLARI HƏFTƏNİN SONUNADƏK DAVAM EDƏCƏK

Pakistanda iyulun ortalarından bəri davam edən musson yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 337 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pakistanın fövqəladə hallar idarəsi məlumat yayıb.

 

“Dawn” qəzetinin məlumatına görə, son sutka ərzində daha 35 nəfər həlak olub. Daşqınlar 8,6 mindən çox evə və inzibati binaya ziyan vurub, onlardan 3,3 mini tamamilə dağılıb. Sel suları 50 körpünü uçurub, ümumi uzunluğu 650 kilometr olan magistral avtomobil yolları su altında qalıb.

 

İdarədən bildiriblər ki, təbii fəlakətdən ən çox Bəlucistan əyaləti ziyan çəkib. Xab çayının daşması nəticəsində regionda 104 nəfər ölüb. Əyalətin paytaxtı Kvetta şəhərinə dünən 200 millimetr yağıntı düşüb. Pəncab əyalətində həlak olanların sayı 71 nəfərə, Sind və Xayber-Paxtunxva əyalətlərində isə müvafiq olaraq 81 və 67 nəfərə çatıb.

 

Sinoptiklər Pakistanın əksər ərazilərində leysan yağışların həftənin sonunadək davam edəcəyini bildirirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.