İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələr parlamentə nəzarəti bərpa ediblər.
Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
İraqın bir çox rəsmiləri təhlükəsizlik səbəbindən xalq iğtişaşlarının episentrində olan Bağdadın "yaşıl zonasını" tələsik tərk ediblər.
Bu saatlarda etiraz hərəkatı ölkənin digər şəhərlərini - Ən-Nəcəf, Bəsrə, Kərbəlanı da əhatə edib.
**21:54(27.07.2022)
Bu gün Məhəmməd Şiyə əl-Sudaninin İraqın baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsindən narazı olan etirazçılar parlament binasına giriblər.
Senzor.az bildirir ki, bu barədə “Şafa” agentliyi məlumat yayıb.
İraqın baş naziri Mustafa Əl-Kazemi nümayişçiləri dərhal parlament binasını tərk etməyə çağırıb.
Agentliyin məlumatına görə, etirazçılar Bağdadın mərkəzində dövlət idarələri və səfirliklərin yerləşdiyi xüsusi mühafizə olunan “Yaşıl zona”ya, həmçinin hərbi aerodromla bitişik olan beynəlxalq hava limanına da daxil ola biliblər.
Senzor.az