Rəsmi Tehran bir neçə həftə ərzində İsfahan vilayətində yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlamağı planlaşdırır.
Yerli KİV-in yazdığına görə, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib.
Onun sözlərinə görə, bu, İranda tədqiqat, qiymətləndirmə, sınaq və nüvə enerjisi istehsalının təmin edilməsi zəncirini bağlayacaq tamamilə yerli layihədir.
İyunun 25-də İslami bəyan edib ki, İran tərəfi 360 meqavat gücündə ilk ümumiran atom elektrik stansiyasının tikintisi üzrə işlərə başlayıb. Hazırda İranda işləyən yeganə atom elektrik stansiyası Rusiya tərəfinin köməyi ilə tikilmiş Buşehr AES-dir.