Gürcüstanda helikopter qəzası: matəm elan olundu
VİDEO

Gürcüstanda iyulun 30-u matəm günü elan olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

 

Qərara əsasən, sabah Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək. 

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Xatırladaq ki, Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan 8 nəfər həlak olub. Onların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləri olub.

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertizanın aparılacağını bildirib.  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.