İstanbul boğazında hərəkət bərpa olunub - YENİLƏNİB, FOTO

Misirdən Bolqarıstana səyahət edən gəmidə yaranan nasazlığa görə bağlanmış İstanbul boğazında hərəkət bərpa olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mühərrikində nasazlıq yaranan və  134 metr uzunluğu olan “SPARTA” gəmisi təhlükəsiz əraziyə dartıldıqdan sonra boğazda hərəkət hər iki  istiqamətdə adi rejimdə davam edir.

 

**23:24(29.07.2022)


İstanbul boğazında hərəkət dayandırılıb. Buna səbəb Misirdən Bolqarıstana səyahət edən gəmidə yaranan nasazlıq olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsinin sosial media hesabında məlumat verilib.

 

“Bələdçi kapitanımız və “KURTARMA-12” və “NAZIM TUR” yedək gəmilərimiz Misirdən Bolqarıstana səfər edən və Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranan 134 metr uzunluğundakı “SPARTA” gəmisinə yönəldilib. Nasazlığın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb”, - deyə verilən açıqlamada bildirilib.

 

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.