İranda İsveç vətəndaşı həbs olundu - CASUSLUQ İTTİHAMI İLƏ

İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) İsveç vətəndaşını casusluq ittihamı ilə həbs edib.

 

Bu barədə İran KİV-i məlumat yayıb.

 

Adı açıqlanmayan həmin şəxs bir neçə dəfə İrana səfər edərək müxtəlif şəhərlərə, o cümlədən turizmə aidiyyəti olmayan ərazilərə gedib.

 

Nazirlik iyulun 30-da yaydığı məlumatda qeyd edib ki, İsveç vətəndaşı həmin səfərləri zamanı İranda nəzarət altında olan şübhəli avropalı və qeyri-avropalılarla görüşlər keçirib.

 

Qeyd edək ki, iyulun 14-də İsveç məhkəməsi İran əsilli keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı çıxarıb. İsveç vətəndaşının casusluq ittihamı ilə həbsi bu həbslə əlaqələndirilir.

 

İsveç polisi 60 yaşlı H.Nurini 2019-cu ilin noyabrında Arland hava limanında saxlayıb. O, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında 67 məhbusun edam olunmasında iştirakına görə mühakimə edilib.

 

H.Nuri İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyninin göstərişi ilə yaradılan 7 nəfərlik komitədə prokuror köməkçisi işləyib.

 

“Report” xatırladır ki, İranın indiki Prezidenti İbrahim Rəisi də “ölüm heyəti” adlanan komitənin 7 üzvündən biri olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.