ABŞ Konqresi sədrinin Asiya səfəri regionda gərginliyi artırdı
NƏ BAŞ VERİR?

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya ölkələrinə səfəri başlayıb.

 

Bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata görə, onu səfər zamanı ABŞ Hərbi Dəniz Donanmasının “Ronald Reyqan” aviadaşıyıcısı müşayiət edir.

 

Bundan başqa, Tayvan adasında da “Chiayi Air Base” qırıcıları havaya qalxıb. Tayvan Taoyuan Beynəlxalq Hava Limanına Hava Hücumundan Müdafiə Sistemi yerləşdirilib.

 

Çin hərbi təlimlər çərçivəsində Tayvan boğazını bağlayaraq regionda, Tayvan adasına 120 km yaxınlıqda yerləşən Futszyan əyalətində 220 km-dək məsafədəki hədəfi vura biləcək “PHL-16” reaktiv yaylım atəşi sistemi yerləşdirib.

 

“Report” xatırladır ki, Nensi Pelosinin Asiya turnesi çərçivəsində Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfəri nəzərdə tutulub. Onun Tayvana da gedəcəyi ehtimal olunur. Çin səfərdən əvvəl bildirmişdi ki, Nensi Pelosi Tayvana gedərsə, onun təyyarəsini vuracaq. Bununla bağlı hətta Çinin müvafiq hərbi birləşməsinin saytında “Müharibəyə hazır ol!” şüarı yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.