ABŞ Prezidenti Cozef Bayden yenidən koronavirusa yoluxub.
Senzor.az yerli KV-ə istinadən bildirir ki, bu barədə Bayden özünün “Tvitter” hesabında yazıb.
“Dostlar, bu gün yenidən COVID üçün verdiyim test müsbət çıxıb. Bu, çox az sayda insanlarda olur. Heç bir əlamət yoxdur, amma ətrafımdakı hər kəsin təhlükəsizliyi üçün özümü təcrid edəcəm. Mən hələ də işdəyəm və tezliklə yoluma davam edəcəyəm”, - Bayden yazıb.
Folks, today I tested positive for COVID again.
This happens with a small minority of folks.
I’ve got no symptoms but I am going to isolate for the safety of everyone around me.
I’m still at work, and will be back on the road soon.
— President Biden (@POTUS)