Serbiya Prezidenti Aleksandr Vuçiç Silahlı Qüvvələrin Baş Qərargahına gedib.
Bu barədə yerli “Pink” telekanalı məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı ordu rəhbərliyi ilə Kosovodakı vəziyyətlə bağlı mümkün addımları müzakirə edib.
**23:23(31.07.2022)
Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.
Bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.
Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.
**21:25
Serbiya və tanınmamış Kosovo sərhədlərində atəş səsləri eşidilib.
Məlumata görə, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb. Buna cavab olaraq Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Serbiya Prezidenti Aleksandar Vucic bu gün xəbərdarlıq edib ki, ölkəsi Kosovoda serblərin növbəti qırğınına imkan verməyəcək.
Qeyd edək ki, avqustun 1-dən etibarən Kosovo hakimiyyəti yerli serblərin Serbiya tərəfindən verilən sənədlərini tanımayacaq və bununla da onları faktiki olaraq, qanundankənar vəziyyətə salacaq.