İsrail təhlükəsizlik sisteminin rəhbərləri amerikalılar vasitəsilə Livana, Kariş yatağında qaz hasilatı platforması istiqamətində pilotsuz təyyarələrin buraxılması ilə bağlı “Hizbullah”a çatdırmaq üçün gizli mesaj göndəriblər.
Senzor.az bildirir ki, “Detali” nəşrinin yaydığı məlumatda belə deyilir.
Məlumata görə, mesajda qeyd olunur ki, əgər “Hizbullah” “öz adamlarının ipini yığmasa” və onlar qaz hasilatı platformasına doğru pilotsuz təyyarələr buraxmağı dayandırmasalar, İsrail Müdafiə Ordusunun təxribatlara reaksiyası əvvəlkindən daha sərt olacaq.
"İsrailin cavabı atılan pilotsuz təyyarələrin tutulması və məhv edilməsi ilə məhdudlaşmayacaq", - mesajda vurğulanıb.
Senzor.az