Almaniyanın MARS II raket sistemləri artıq Ukraynadadır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “Tvitter” səhifəsində yazıb.
“Almaniyadan olan MLRS MARS II Ukraynaya gəldi. Bu sistemlərə görə Almaniyaya və şəxsən həmkarım Kristin Lambrextə təşəkkür edirəm. Topçularımız alman tərəfdaşlarımıza təşəkkür edirlər!”, - deyə paylaşımda qeyd olunur.
Nazir, həmçinin bildirib ki, ABŞ-ın daha 4 HIMARS reaktiv yaylım atəşi sistemi də artıq Ukraynaya gəlib.