ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bu arada ABŞ Prezidenti Cozef Bayden “Əl-Qaidə” liderinin məhv edilməsi əməliyyatının bütün aspektlərdə uğurlu olduğunu bildirib.
TASS-ın məlumatına görə, o qeyd edib ki, terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.
Xatırladaq ki, Əl-Zəvahiri “Əl-Qaidə”yə Usamə bin Ladenin məhv edilməsindən sonra rəhbərlik edirdi.